06 November 2020

Bizi dirçəldən, düşmənin isə belini qıran möhtəşəm 40 gün

Qarabağda gedən Vətən müharibəsinin möhtəşəm 40 gününü geridə qoyduq. Hər anı, hər saniyəsi bir tarix, bir dastan, hər günü bir başqa həyəcan olan bu savaşın yaşatdığı qələbələr, sevinc göz yaşları bəzən bir yuxu kimi gəlir. Lakin 27 illik işğala son qoymaqda olan bu 40 günü bizə yaşadan Azərbaycanın cəsarətli oğullarının döyüş meydanındakı qəhrəmanlığı, Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi və peşəkar, yorulmaz, mobil komandasının diplomatik siyasətidir. O nöqteyi-nəzərdən bu möhtəşəm 40 günün memarlarının həyata keçirdiyi şərəfli mübarizə müasir dünya tarixinə yazılmaqdadır.

Yaponiyanın “FEC news” qəzetində Azərbaycan səfirinin Ermənistanın təcavüzkarlığından bəhs edən müsahibəsi dərc olunub

Yaponiyanın nüfuzlu “The International Friendship Exchange Council” (FEC) təşkilatının aylıq “FEC news” qəzetində Azərbaycanın bu ölkədəki səfiri Gürsel İsmayılzadənin müsahibəsi dərc edilib.

Düşmən Tərtərin kəndlərini atəşə tutur

Noyabrın 6-sı saat 08:00-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhərini, rayonun Qazyan və Hüsənli kəndlərini atəşə tutur.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənin atəş nöqtələrinin susdurulması üzrə cavab tədbirləri görülür.
Gecə ərzində Goranboy rayonun Tapqaraqoyunlu kəndi də düşmən tərəfindən artilleriya atəşinə tutulub

Xudaferin.eu

“The Australian” qəzeti Azərbaycan diplomatının Dağlıq Qarabağda baş verənləri təhrif edən məqaləyə cavab məktubunu dərc edib

Avstraliyanın geniş oxucu auditoriyasına malik olan “The Australian” qəzeti Dağlıq Qarabağda baş verən son hadisələri təhrif edən məqaləyə Azərbaycanın müvəqqəti işlər vəkili Ramil Qurbanovun cavab məktubunu dərc edib.
Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, azərbaycanlı diplomat qəzetin redaksiyasına ünvanladığı məktubda sentyabrın 27-dən başlayaraq Ermənistan və Azərbaycan arasında baş verən döyüşlərlə əlaqədar qəzetdə dərc olunmuş reallığı təhrif edən yazı ilə əlaqədar etirazını bildirib.

Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini minaatan və atıcı silahlardan yenə atəşə tutub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Xudaferin.eu AZƏRTAC-a istinadən verilən məlumata görə, noyabrın 5-dən 6-na keçən gecədən başlayaraq səhər saat 05:00-dək Ermənistanın Berd, Çəmbərək və Vardenis rayonları istiqamətindən Azərbaycanın Tovuz, Gədəbəy və Daşkəsən rayonlarında yerləşən hərbi bölmələrimizin mövqeləri düşmən tərəfindən fasilələrlə atəşə tutulub.

Xudaferin.eu

Cəbhədə noyabrın 6-na olan son vəziyyət

Noyabrın 5-i gün ərzində və 6-na keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin mövqelərini və yaşayış məntəqələrimizi müxtəlif atıcı silahlar, top və minaatanlardan atəşə tutub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, döyüş əməliyyatları müxtəlif intensivliklə əsasən cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində davam edib. Düşmən cəbhənin bəzi sahələrində şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur edilib.