03 November 2020

Bizi bağışla, Qarabağ...

Bilirəm bizdən küsmüsən... Haqqın var... Zamanında sənin qədrini qiymətini bilmədik... Sənin kimi gözəli qoyub gedib yad ölkələrin gözəllikləri ilə sevişərdik...
Elə bilirsən səni unutmuşduq?... Əsla bir an səni unutmadıq, sadəcə səni gözü götürməyənlərin, düşmənlərin çox idi, daşıyır olub düşmüşdün bir çox Dövlətlərin başına...

Xainlər həm dışarda, həm içimizə bizi diri - diri yeyirdilər...

Gece gündüz səni xəyallarında yaşadan Azərbaycan əsgəri gəlir, çıx qarşıla...

Binəli Yıldırım: Qarabağ Azərbaycanındır, Türkiyə hər zaman Azərbaycanın yanındadır

Bu gün Azərbaycana səfərimizi şəhidlərin məzarlarını ziyarət edərək yekunlaşdırırıq. Dünən görüşlərimiz oldu. Azərbaycan Prezidenti İlham Əliyev bizi qəbul etdi. Həmçinin Milli Məclisin Sədri, Baş Nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi ilə görüşdüm. Müxtəlif məsələləri müzakirə etdik. Məqsədimiz torpaqlarını işğaldan azad edən Azərbaycana dəstək olmaqdır. Eyni zamanda, azərbaycanlı qardaşlarımızla Türkiyə xalqının həmrəyliyini bir daha nümayiş etdirməkdir.

Cəbhədə noyabrın 3-nə olan son vəziyyət

Noyabrın 2-də gün ərzində və 3-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrimizi müxtəlif atıcı silahlar, top və minaatanlardan atəşə tutub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Xudaferin.eu AZƏRTAC-a istinadən bildiriblər ki, döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Xocavənd, Zəngilan və Qubadlı istiqamətlərində davam edib. Düşmən cəbhənin bəzi sahələrində şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur edilib.