02 November 2020

Stop Armenian Aggression

Today, we are marching in San Francisco to demand equal coverage of the Nagorno Karabakh conflict for Azerbaijan. Media turns a blind eye to Truth about Azerbaijan!
Please help us to spread our vision of the Karabakh conflict! #DontBeBlind #StopArmenianAggression

Today, we are marching in SF to demand media to raise awareness about 1 million Azerbaijani refugees and IDPs. Media turns a blind eye to Truth about Azerbaijan! Come to listen to us! #DontBeBlind #1MillionAzerbaijaniRefugees

Hikmət Hacıyev ermənilərin saxtakarlığını ifşa edib

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” səhifəsində ermənilərin saxtakarlığını ifşa edib.
AZƏRTAC xəbər verir ki, Prezidentin köməkçisi hesabında iki şəkil paylaşaraq bunları yazıb: “Şəkil 1: Ermənistan tərəfindən Azərbaycanın Tərtər rayonunun Ələsgərli kəndi atəşə tutuldu. Günün fotosu kimi paylaşdım. Erməni “Smerch” raketinin mühərrik hissəsi masaya düşərək yerə girib.
Şəkil 2: Uğursuz erməni saxtakarlığı. Onlar hörümçək torunu belə təmizləməyi unudublar”.

Azərbaycan diplomatı ölkəmizə qarşı səsləndirilən qərəzli iddialara cavab verib

ABŞ-ın “Washington Times” qəzetinə müsahibəsində Azərbaycanın bu ölkədəki səfiri Elin Süleymanov son zamanlar bəzi mətbu orqanlarında, guya ki, Azərbaycan və Ermənistan arasında gedən döyüşlərdə suriyalı muzdluların iştirak etməsi kimi qərəzli və əsassız iddialara cavab verərək bunun sovetsayağı təbliğat olduğunu bildirib. Səfir qeyd edib ki, Ermənistan tərəfinin bu kimi cəfəng iddialar yaymaqda əsas məqsədi üçüncü tərəfi münaqişəyə birbaşa cəlb etmək üçün bəhanə yaratmaqdır.

Düşmən cəbhənin Zəngilan istiqamətində mövqelərimizə hücum etməyə cəhd göstərib

Noyabrın 1-də gün ərzində Ermənistan-Azərbaycan dövlət sərhədinin Zəngilan rayonu sahəsində Ermənistan silahlı qüvvələrinin bölmələri hücum etməyə cəhd göstərib.
Xudaferin.eu AZƏRTAC-a istinadən Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, düşmən bu istiqamətdə bir sıra əlverişli yüksəklikləri ələ keçirmək məqsədilə minaatanlardan və müxtəlif iri çaplı silahlardan istifadə etməklə bölmələrimizin mövqelərini atəşə tutub.