16 October 2020

Prezident İlham Əliyev: "İnanıram ki, Rusiya bizim regionda sabitləşmə işində aparıcı rol oynamaqda davam edəcək"

Azərbaycan və Rusiya çoxəsrlik dostluq, əməkdaşlıq, qarşılıqlı anlaşma telləri ilə bağlıdır. Əminəm ki, heç bir qüvvə buna təsir göstərə bilməz. Doğrudur, müxtəlif istiqamətlərdən nifaq salmaq, müəyyən etimadsızlıq yaratmaq cəhdlərini görürük. Lakin həm Rusiya, həm də Azərbaycan rəhbərliyinin ardıcıl siyasəti sayəsində biz nəinki geriləmirik, biz irəliyə gedirik. Bu gün Rusiya və Azərbaycan bir-birini strateji tərəfdaşlar adlandırır. Bizim ölkələrimiz arasında qarşılıqlı əlaqələrin səviyyəsi hər hansı qonşular üçün nümunə ola bilər.

Ordumuzun daha bir möhtəşəm həmləsi və... mat!

İşğalçı ordu tükənir; düşmənin canlı qüvvəsi, silah-sursatı, yanacağı bitmək üzrədir; hərbi analitiklər Ermənistana 2-3 həftə vaxt vermişdilər...

Müzəffər ordumuzun zərbələrinə duruş gətirməyən işğalçı Ermənistan çarəsizlikdən artıq terror üsulunu seçib. Dünyanın dörd bir yanından - Rusiyadan, ABŞ-dan, Latın Amerikasından, Avropadan, Yaxın Şərqdən Dağlıq Qarabağa açıq-aşkar muzdlu-terrorçular cəlb etməklə məşğuldur. Bunun beynəlxalq və yerli qanunlara daban-dabana zidd olduğunu dəqiq bilə-bilə.