07 October 2020

“Ermənistan tutacağı qırılmış çamadandır, daşımaq olmur, atmağa da əlin gəlmir” - Milyarderə cavab

Erməni əsilli rusiyalı milyarder Ruben Vardanyan oktyabrın 5-də Vladimir Putinə müraciət edib.

Müraciətdə deyilir: “Bu hansısa tanınmamış respublikaya qarşı ərazi ilə bağlı münaqişə deyil. Bu, Ermənistanla Azərbaycan arasındakı müharibə deyil, bu, daha ciddi məsələdir. Əgər elə olsa, bu, fəlakətlə başa çatacaq. İnanın ki, bu, Rusiya üçün sağalmayan yaraya çevriləcək”.

xudaferin.eu

Azərbaycan Respublikası Müdafiə Nazirliyi növbəti dəfə açıqlama yayıb.

Xudaferin.eu Musavat.com-a istinadən  xəbərinə görə, açıqlamada deyilir:

"Ermənistan müdafiə nazirliyi növbəti dəfə Cəbrayıl istiqamətində guya bölmələrimizin itkilərə məruz qaldığı barədə dezinformasiya xarakterli məlumat yayıb. Rəsmi olaraq bildiririk ki, Ermənistan tərəfinin yaydığı məlumatlar əsassız və yalandır. Cəbrayıl istiqamətində ordumuz əks-hücum əməliyyatlarını uğurla davam etdirir və düşmən üzərində üstünlüyə malikdir".

Xudaferin.eu

Ermənistan baş naziri BBC müxbirinin bir sıra sualları qarşısında aciz qaldı FOTO

Ermənistanın baş naziri Nikol Paşinyan “BBC” kanalına müsahibə verib.

Müxbir Cona Fişerin suallarına cavab verən Nikol Paşinyan “Artsax (Dağlıq Qarabağ-red.) Ermənistandır, ermənilərin torpağıdır”, hədyanını yenidən təkrarlayıb. O, azərbaycanlıları terrorçu adlandırmaqdan çəkinməyib.

“Azərbaycan istəyir ki, Qarabağda erməni qalmasın. Onları buna görə terrorizə edərək Dağlıq Qarabağa hücum edir. Onlar istəyirlər ki, orada yaşayan ermənilər bunu desinlər: “Tamam siz terrorçusunuz və biz də təslim oluruq. Bu isə qətiyyən mümkün deyil”.

Ermənistanı ipdən kim və nə qurtara bilər? - politoloqlar danışır

İsterika içində olan işğalçıları və Paşinyanı Azərbaycanın mərhəməti xilas edə bilərdisə, o da gecdir: “Zəng etmədiyi adam qalmayıb...”

Ermənistan başı gilyotinə qoyulmuş, yaxud dar ağacına çəkilmiş, asılmaqda olan, amma onu ipdən xilas edəcək canlı ölüyə oxşayır.  Düşmən işğal etdiyi ərazilərimizdən, Prezidentin dediyi kimi, iti qovan kimi qovulur. Özünü sağa-sola çırpan, isterika içində olan Ermənistan və hakimiyyəti az qala harakiri edəcək vəziyyətdədir.

NATO-nun Qarabağ və enerji təhlükəsizliyi bəyanatının şərhi: "Xeyrimizədir..."

Ekspertlər NATO baş katibi Yens Stoltenberqin Qarabağla bağlı verdiyi bəyanatı dəyərləndirdilər

NATO baş katibi Yens Stoltenberqin sentyabrın 27-dən etibarən Ermənistanın təxribatından sonra Qarabağ cəbhəsində baş verən müharibə ilə bağlı bəyanatı xüsusi diqqət çəkməklə yanaşı, bir çox məsələləri aktuallaşdırıb. Stoltenberq deyib ki, Qarabağdakı hərbi əməliyyatlar enerji təhlükəsizliyi məsələsini də risk altına qoyur.