01 October 2020

Düşmənlə təmas xəttində raket və mərmi qalıqları aşkarlanıb

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağdam, Ağcabədi, Bərdə, Füzuli, Goranboy və Tərtər rayonları ərazisinə mərmilərin düşməsi barədə Daxili İşlər Nazirliyinin “102” Xidməti zəng mərkəzi sistemindən 17 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 1 müraciət daxil olub.

Düşmənin qoyub qaçdığı texnikalar - Foto

Şanlı Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin təxribatlarının qarşısını qətiyyətlə alaraq əks-hücumlarını davam etdirir.

Xudaferin.eu Azərtac-a istinadla xəbər verir ki, sentyabrın 29-u səhər saatlarından etibarən Füzuli şəhərinin işğaldan azad olunması uğrunda Azərbaycan Ordusunun hücumu davam edir. Təkcə ötən gün səhər saatlarında cəbhənin Füzuli-Cəbrayıl istiqamətində Ermənistan qoşunlarının daha 4 tankı qəhrəman əsgərlərimiz tərəfindən sıradan çıxarılıb.

Azərbaycan ordusu düşmənin başına od ələyir – Prezident atəşkəs şərtini açıqladı

Dövlət başçısı İlham Əliyev və Mehriban Əliyeva yaralı əsgərlərə baş çəkdilər; Ali Baş Komandan mühüm bəyanatlar verdi; Ermənilərin 2500 nəfərədək canlı qüvvəsi, yüzlərlə texnikası məhv edilib; düşmənin təxribatı nəticəsində indiyədək 14 mülki azərbaycanlı həlak olub, 46 nəfər xəsarət alıb

Azərbaycan Silahlı Qüvvələri Ermənistanın təcavüzkar ordusunun sentyabrın 27-dən etibarən başladığı təxribatlara layiqli cavab verərək, əks hücuma keçib. Bütün cəbhəboyu ərazilərdə Böyük Vətən müharibəsi şiddətlə davam edir, şanlı ordumuz düşmənin başına od ələyir.

Ermənistan ordusunun artilleriya qurğuları məhv edilib VİDEO

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Ermənistan ordusunun artilleriya qurğularının məhv edilməsinin videogörüntülərini yayıb.

AZƏRTAC xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı videoda düşmənin artilleriya qurğularının Azərbaycan Ordusunun bölmələrinin dəqiq atəşi ilə məhv edilməsi əks olunub.

Erməni yalanlarına "Rossiya" telegüzgüsü - Əliyev Paşinyanı belə susdurdu

Azərbaycan Prezidenti İlham Əliyevin "Rossiya -1" telekanalına müsahibəsini, yəqin ki, Ermənistan rəhbərliyi, özəlliklə də İlham Əliyevlə teledebata çıxan Nikol Paşinyan uzun müddət xatırlayacaq. Çünki bu, işğalçı ölkənin anti-Azərbaycan təbliğatını bütün istiqamətlər üzrə darmadağın edən və onun total yalanlarına güzgü tutan proqram xarakterli bir çıxış idi.