24 September 2020

DÜNYA TÜRKLƏRİNƏ MÜRACİƏT-ÇAĞRI

Yüz ildən artıqdır ki, türk ulus və elləri üzərində bütün türklərin birləşməsi, min ildən artıqdır ki, yaşadığımız və getdikcə dərinləşməkdə olan süni bölünmə və parçalanmanın aradan qaldırılması ideyası gəzir. Türklərin bir bütün olaraq birləşməsi kəskin zərurətə, ucadan səsləndirilən sosial tələbə çevrilmiş, gözəl xalqımızın bütün təbəqələrinin təkidli tələbinə dönmüşdür.

BAŞLICA MƏQƏSƏDİMİZ –TÜRKLƏRİN BİRLƏŞMƏSİDİR!

Ermənistanın “danışıqları bərpa edək” hiyləsinin pərdəarxası

Ermənistan hakimiyyəti Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqları guya istənilən an bərpa etməyə hazır olduğunu bəyan edib. İşğalçı ölkənin xarici işlər naziri Zohrab Mnatsakanyan deyib ki, sülh prosesinə alternativ yoxdur.

Erməni nazir Azərbaycanla danışıqlar üçün hazırda ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə danışdıqlarını, iş apardıqlarını bildirib.

Bəs bu, Ermənistanın növbəti blefidirmi? Düşmən Azərbaycanın müharibəyə başlamasına qərarlı olduğunu gördüyü üçünmü belə gediş edir?

Türkiyədən sonra Azərbaycanın yanındakı ölkə - Pakistana nə qədər yaxınlaşaq...

Azərbaycanın ən yaxın hərbi-siyasi müttəfiqlərindən biri də Pakistandır. Bu ölkə müstəqilliyimizi tanıyan ilk dövlətlərdən sayılmaqla yanaşı, Dağlıq Qarabağ məsələsində hər zaman Azərbaycanın haqq işini müdafiə edir. Ermənistana yönəlik verdiyi sərt bəyanatlarla Pakistan xalqımız arasında Türkiyədən sonra ən böyük rəğbət qazanan ölkəyə çevrilib.