15 September 2020

Ermənilər atəşkəs rejimini 30 dəfə pozdu

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 30 dəfə pozub.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Ermənistan Respublikası Berd rayonunun Nerkin Karmirağbur, Ayqepar və Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Hacallı və Ağdam kəndlərində, Vayk rayonunun Xndzorud kəndində yerləşən mövqelərdən Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yuxarı Buzqov kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Tofiq Yaqubludan son xəbərlər - ittihamlarla üzləşən Adil Qeybulladan sərt sözlər

“Onlar maraqlıdır ki, Tofiq bəyin durumu ağırlaşsın, ölüm olsun və onlar da aylarla şou düzəltsinlər”

Həbsdə olan Müsavat Partiyasının funksioneri Tofiq Yaqublu sentyabrın 2-dən etibarən keçirdiyi aclıq aksiyasını dayandırmır. 

Tibb elmləri doktoru Adil Qeybullanın xahişi ilə onun işlədiyi “City Hosbital”a köçürülən T.Yaqublu israrla aksiyanı burada da davam etdirir. 

Azərbaycan Ermənistanın qanunsuzluğuna görə həmsədrlərə müraciət edib

"Son günlər sosial şəbəkələrdə təcavüzkar ölkə Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsi və ətraf rayonlarında qeyri-qanuni məskunlaşdırma siyasətinin davam etdirildiyini nümayiş etdirən videogörüntülər yayılıb.Livanın Beyrut şəhərində baş verən partlayışdan sonra bu ölkədəki faciədən öz mənfur məqsədləri üçün istifadə edən işğalçı Ermənistan Livan ermənilərinin Azərbaycanın beynəlxalq tanınmış əraziləri olan və hazırda hərbi işğal altında olan Dağlıq Qarabağ və ətraf bölgələrinə köçürmək planlarını reallaşdırmağa başlayıb.

Ərdoğan: "Türkiyə və Azərbaycan əlaqələri siyasi, iqtisadi, hərbi sahədə mükəmməl şəkildə inkişaf edir"

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub göndərib.

Xudaferin.eu istinadən Musavat.com xəbər verir ki, məktubda deyilir:

"Cənab Prezident, Əziz Qardaşım. 

Nuru Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusunun azərbaycanlı qardaşlarımızla birlikdə Bakını işğaldan azad etməsinin 102-ci ildönümündə bu yolda şəhid olan qəhrəman əsgərlərimizi rəhmət hissi ilə yad edir, qazilərimizi hörmətlə xatırlayıram.

ABŞ Rusiyadan əl çəkmir - son aylardakı qarşıdurmanın pərdəarxası

ABŞ və Rusiya arasında Qara dəniz üzərində son aylarda yaranan gərginlik artan xətlə gedir. Birləşmiş Ştatların bombardmançılarının və qırıcılarının Rusiya hava sərhədinin yaxınlığından keçib, uçuşlar həyata keçirməsi mütəmadi hal alıb. Son olaraq, Rusiya Hava Qüvvələrinin komandanı, general-polkovnik Sergey Surovkin bununla bağlı xarici hərbi attaşelərə brifinq verib. Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, general Surovkin həmin manevrlər zamanı azı bir Amerika kəşfiyyat təyyarəsinin Rusiya sərhədlərinə 15 kilometrə qədər yaxınlaşdığını bildirib.