11 September 2020

ABŞ Rusiyanı havadan və sudan sıxışdırır - bombardmançı təyyarələr və sualtı qayıqlarla təhdid

Son vaxtlar  ABŞ-ın strateji nüvə bombardmançıları və kəşfiyyat təyyarələri Rusiyanın hava sərhədləri yaxınlığında tez-tez intensiv uçuşlar həyata keçirirlər. Bu məsələyə ilk dəfə olaraq, şimal qonşumuzun müdafiə naziri Sergey Şoyqu şərh verib.

Virtualaz.org xəbər verir ki, müdafiə naziri “Rossiyskaya qazeta”-ya açıqlamasında situasiyanın hazırda çox gərgin olduğunu deyib. Onun sözlərinə görə, NATO qırıcıları və bombardmançıları Rusiyaya raket zərbələrini imitasiya edir, üstəlik bir neçə istiqamətdən.

Qara dəniz “çırpınır” - Rusiya ABŞ və NATO qarşısında dirənir

Qara dənizdə son aylarda baş qaldıran gərginlik davam edir. Rusiya və ABŞ-NATO kimi böyük güclərin buradakı növbəti toqquşmaları səngimək bilmir, əksinə, hər keçən gün güclənir. Bu proses getdikcə təhlükəli istiqamətlərə doğru cərəyan edir və böyük müharibə riski durmadan artır. 

Son olaraq, Rusiya qırıcı təyyarəsi "Su-27" Qara dəniz üzərində ABŞ Hərbi Hava Qüvvələrinin kəşfiyyat təyyarəsi “Boinq RC-135"i bloklayıb.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Milli Müdafiə İdarəetmə Mərkəzi məlumat yayıb.