03 September 2020

Türkiyə Aralıq sahillərində təklənir, müharibəyə çəkilir: Bakıdan dəstək...

Aralıq dənizinin şərq sahillərində yeni bir müharibə alovlana bilər. Hərçənd analitiklər bu riskin yüksək olduğu qədər reallaşmasını az ehtimal hesab edirlər. “Yeni Müsavat” xəbər verir ki, söhbət Yunanıstan və Türkiyənin müharibə ərəfəsində olmasından gedir.

Rəsmi Afina guya hüquqi əsaslarla öz dəniz sərhədlərini genişləndirməyə çalışır. Nəticədə Türkiyənin sahil boyu ərazilərinin Yunanıstanın əlinə keçməsi təhlükəsi yaranır.

İki ölkə arasında Şərqi Aralıq və Egey dənizində yaşanan gərginlik digər maraqlı dövlətlərin də prosesə qoşulmasına səbəb olub.

Prezident İlham Əliyev Yunanıstanın yeni səfirinə siyasət dərsi verdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Yunanıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqkosun etimadnaməsini qəbul edib.

xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

İlham Əliyev Rusiyadan Ermənistana hərbi yük daşındığını bəyan etdi

Prezident İlham Əliyev Yunanıstanın Bakıya yeni təyin edilmiş səfiri Nikolaos Piperiqkosun etimadnaməsini qəbul edərkən Azərbaycan ərazilərini işğal edən Ermənistana son həftələr ərzində Rusiyadan daşınan hərbi yüklərdən də bəhs edib.

İlham Əliyev səfirlə söhbətində əvvəlcə Ermənistanın Yunanıstan və yunan Kipri ilə üçtərəfli hərbi əməkdaşığı ilə bağlı narahatlığını çatdırıb.