01 September 2020

Sentyabrın 1-də başlayan, 2-də bitən müharibə - 62 dövlət savaşıb, 65 milyon insan ölüb, 4 milyon qadın zorlanıb

1 sentyabr II dünya müharibəsinin başlandığı gündür. 81 il öncə, 1939-cu ilin məhz bu günündə faşist Almaniyasının Polşaya hücumu ilə tarixin ən qanlı müharibəsi başlanıb. Musavat.com 6 il 1 gün davam edən dünya müharibəsi haqqında ən maraqlı faktları təqdim edir.

1. II dünya müharibəsi bəşər tarixinə nüvə silahının tətbiq edildiyi ilk və hələ ki son müharibə kimi düşüb. Belə ki, ABŞ Yaponiyanın kapitulyasiyasını sürətləndirmək üçün 1945-ci ilin avqustun 6-da və 9-da Xirosima və Naqasakiyə atom bombası atıb.

“Batka” Putinlə görüşə gedir, Qərb sanksiya hazırlığında - Belarusu nə gözləyir...

Minskdə etirazlar fonunda Rusiya prezidentinin Lukaşenkonu Moskvaya dəvət etməsi kulminasiya sayılır; deputat: “Erkən seçki ola bilər, Lukaşenko qurban verilsə belə, Moskva istəmir ki...”

Belarusda etirazların davam etdiyi bir vaxtda Rusiya prezidenti Vladimir Putin həmkarı Aleksandr Lukaşenkonu Moskvaya dəvət edib.  İki lider arasında telefon söhbətindən sonra yaxın həftələrdə Moskvada görüş gözlənilir. Bununla Kreml Lukaşenkoya dəstəyini nümayiş etdirib.

“Ermənistan müharibəyə hazırlaşır” iddiasına üç fərqli baxış

Ermənistanda “Müdafiə haqqında” qanuna edilən dəyişikliklərin ictimai müzakirəyə çıxarılması ilə eyni vaxtda işğalçı ölkənin baş naziri Nikol Paşinyan işğal altında olan Dağlıq Qarabağa səfər edib. Paşinyanın Qarabağ separatçılarının lideri Araik Arutyunyanla birlikdə döyüş mövqelərində olub, erməni generallarla görüşüb. Ermənistanın adıçəkilən qanuna dəyişiklik etməyə hazırlaşması və Paşinyanın Qarabağda döyüş mövqelərində olub generalları toplaması düşmənin müharibəyə hazırlaşmasıdırmı? Qarabağda genişmiqyaslı döyüşlər gözlənilirmi?