24 June 2020

Əbülfəz Elçibəyi ehtiramla anırıq

Bu gün böyük şəxsiyyət, Milli Azadlıq Hərəkatının lideri, eks-prezident Əbülfəz Elçibəyin ad günüdür. O zamanında bəlkə də layiq olduğu qiyməti ala bilmədi, ona qarşı çox böyük ədalətsizliklər və haqsızlıqlar edildi. Heç indinin özündə də Elçibəyi layiq olduğu kimi qiymətləndirə bilmirik. Ancaq prinsipcə elə belə də olmalıdır. Kütlə heç bir zaman heç bir dahiyə layiq olduğu dəyəri zamanında verə bilməyib. Dahiləri hər zaman dışlayıb, tənqid hədəfinə çeviriblər, yalnız gələcək nəsillər başa düşüb ki, sələflərinin heç cürə qəbul edə bilmədiyi insan sən demə əvəzolunmaz şəxsiyyət imiş.

Elman Mustafazadə yazır...

1990-1992-ci  illərdə Avropanim müxtəlif şəhərlərində, əsasən də Berlin, Varşava, Belastok və digər böyük şəhərlərdə, "Naçii Bakinçı'' adı altında cəmiyyəytlər yaradaraq bizim milli mədəniyyetimizə nə qədər zərbə vururdular...   Bakı əsllli qeyri-millətlərdən ibarət olan bu dəstənin tərkibi əsasən Bakı erməniləri olardı. Çox təəssüflər olsun ki, aralarında özunə "Naçii Bakinçı'' deyib manqurtlaşmış azerbaycanlılar da vardır...