03 June 2020

Yaradıcı kişiyə dayə lazımdır, həyat yoldaşı yox...

"Əli və Nino" böyük əsərdir. O əsərdə Azərbaycan var, Qarabağ tarixi var. Azərbaycanın milli kimliyi var. Azərbaycan kişisinin mahiyyəti, həmin o mahiyyətdə olan naqislik - ikili standart var. Bir epizod deyim: Azərbaycan kişisinin sevgilisini aparırlar, öpüb geri qaytarırlar. Ancaq onun sevgilisi gürcü qızıdı deyə, Azərbaycan kişisi onu qəbul edir, işin üstünü vurmur. Özününkü olsaydı, əmisi qızı, xalası qızı, qonşusu, qohumu, soydaşı... qətiyyən bağışlamazdı, həmən imtina edərdi. Bu, bizim xarakterimizdir.