02 June 2020

Daşkəsən haqqında qürbətçi nisgilim

Keçmiş Sunqurabad nahiyəsi olan Daşkəsən rayonu Azərbaycan SSR ərazisində 30.08.1930-cu ildə inzibati ərazi kimi yaradılmışdır. Daşkəsən şəhərinin əsası Böyük Vətən müharibəsindən sonra 1948—ci il mart ayının 16-da qoyulub. 1956-cı ilədək Dəstəfur adı ilə tanınıb. Daşkəsən Böyük Vətən müharibəsi zamanı cəbhəyə 6 min əsgər göndərib. Onların çoxu Vətən qəhrəmanı kimi orden və medallarla təltif olunub, bir qismi isə torpaq uğrunda canını qurban veribdir.