25 May 2020

Cavad bəy Cavanşir: Eldar adam

 

 

Cavad bəy Qarabağda məşhur olan Cavanşir elinin Sarıcalı oymağına bağlıdır. Atası kapitan Əsəd bəy çar zabiti idi. Babası Nəcəfqulu  bəy Qarabağın böyük mülkədarlarından idi. Ulu babası Əsəd  bəy Qarabağ xanlığının seçkin sərkərdəllərindən sayılırdı. Babasının babası Mehrəli bəy Pənahəli xanın ortancıl oğlu idi. Atasından sonra bir müddət Qarabağ xanı olmuşdu.