19 May 2020

Düşmən əsirliyindənsə ölümü üstün tutan Səma müəllimə

Bu gün erməni əsirliyində intihar etmiş Səma Kərimovanın Şəhid olduğu gündür.

Səma Kərimova 31 dekabr 1969-cu ildə Laçın rayonunun Nağdalı kəndində dünyaya gəlmişdi.

1974-cu ildə orta məktəbə getmiş və 1984-cu ildə orta məktəbi yaxşi və əla qiymətlərlə bitirmişdi. 1986-cu ildə Səma V. Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Filologiya fakültəsinə daxil olur. İnstitutu bitirdikdən sonra isə peşə fəaliyyətinə Nağdalı kənd orta məktəbində başlamışdı.