17 May 2020

Laçının “Dəhliz” edilməsi, Qarabağın süqutudur

Laçın “koridor”u (dəhlizi)  Gorus – Şuşa – Kəlbəcər – Qubadlı arasında yerləşən strateji baxımdan çox əhəmiyyətli coğrafi ərazidir. Laçının şərq hissəsi Qarabağ silsiləsinin qərb yamacında, şimalı Mıxtökən silsiləsinin cənub yamaclarında ( Dəlidağ dağ, 3616 metr), qərbi Qarabağ vulkanik yaylasında yerləşir( Qızılboğaz dağı, 3594 metr, Böyük İşıqlı dağı, 3550 metr) əhatə edir. Bu yüksəkliklərdən hətta adi gözlə Qarabağın bütün ərazilərini müşahidə etmək mümkündür.