16 May 2020

Rusiyanın “Lenta.ru” saytında dərc edilmiş Xocalı soyqırımı qurbanlarının fotoları

Rusiyanın “Lenta.ru” internet-nəşrində Xocalı faciəsi barədə xəbər və qurbanların şəkilləri dərc edilib.

Xudaferin.eu «AZƏRTAC»a istinadən xəbər verir ki, “Qadınlar və uşaqlar qar üstündə qıc olmuş halda ölürdülər” sərlövhəli materialda Azərbaycanın Xocalı şəhərinə hücumdan danışılır, 28 il ötməsinə baxmayaraq, təqsirkarların hələ də cəzalandırılmadığı vurğulanır.