07 May 2020

Qarabağ-İran körpüsü ilə bağlı bəyanat

Azərbaycan Xarici İşlər Nazirliyi İranın Araz çayı üzərində tikdiyi su anbarları və körpülər haqqında açıqlamasından belə məlum olur ki, İranın işğal olunmuş Azərbaycan toprpaqları istiqamətində tikdiyi su anbarları, bəndin üzərində ermənilərin nəzarət etdiyi yerlərə körpülər salması Azərbaycanın xeyrinədir və bunların tikintisinə “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyaları layihələrinin həyata keçirilməsi çərçivəsində baxılmalıdır.