06 May 2020

Ərmən — Şuşanikin sevgisi

Bura yeni Bakıdır. Zəmanəsinin yeni Bakısı. “Qara şəhər” adı veriblər ona. Bilmirəm böyük mənasında, yoxsa zavodların bacasından çıxan qara tüstülərə görə? Amma biz onu heç vaxt azərbaycanca çağırmamışıq. Bura “Çornıqoroddur”. Atamgil NZS-də evlərin təhvil verib, Şaumyan xəstəxanası ilə üzbəüzdə 5 mərtəbəli evdə mənzil aldılar. Biz də məktəbə burda getməyə başladıq. Bir bacı üç qardaş idik. Həyətimiz isə beynəlmiləl bir ailə. Elə rayonumuzun da adı erməni idi –Şaumyan rayonu. Xəstəxanamız – Şaumyan, büstümüz – Şaumyan, küçəmiz – Şaumyan, metromuz — Şaumyan.