25 March 2020

62 yaşın mübarək, Ramiz Əmirli

Onu Budapeştə bir macar qızına olan sevgisi aparıb. Otuz beş ildir ki, orada yaşayır. İki oğlu var. Böyük oğlu Rüstəm şairdir, macar dilində yazıb yaradır, 28 yaşındadır. İndiyədək 3 kitabı işıq üzü görüb, ölkə mətbuatında tez-tez şeirləri çap olunur. İkinci oğlu Davudun isə 26 yaşı var, ali təhsilli mühəndisdir. İkisi də subaydır…

Xalqın yolunda malından keçən, Vətən yolunda canından keçər...

Yol! Bu üç hərfdən ibarət ifadəni hər kəs bir cür başa düşür, bir cür anlayır. Amma insan zəkasının dərk etdiyi yollar arsaında gözə görünməyən bir yol da var, enişli-yoxuşlu ömür yolu. Başlanğıcı, sonu məlum olan yol. Xoşbəxt o kəslərdir ki, bu yolu irəlilədikcə xeyirxah işlər görməyə Allahdan izni olur, özüylə son mənzilə xeyir əməllər daşıyır. Və bu xeyir əməllər axirətə kimi onun yükü olur…