20 March 2020

Türk xalqlarının ortaq Yeni Gün bayramı

Günəş öz isti şüaları ilə torpağı oyadır, çayların suyu artır, kol dibindən bənövşə baş qaldırır, quşların səsi ətrafı bürüyür. Təbiətdəki bu əhval-ruhiyyə—bahar nəfəsinin duyulması yaddaşlardan süzülüb bu günümüzə çatmış Novruzun gəlişindən xəbər verir. Bu il bayramın özəlliyi odur ki, BMT-nin Baş Məclisinin 64-cü sessiyasının fevralın 24-də qəbul etdiyi qərara uyğun olaraq, martın 21-i “Novruz beynəlxalq günü” kimi təsdiq edildi.

Onlar Natəvanın abidəsini ləkəli qoymadılar

Avropada "Azərbaycanın Dostları" Cəmiyyətinin sədri, "Xudafərin" jurnalının baş redaktoru Elman Mustafazadə, Avropada mühacir həyatı yaşayan şair Mirzə Sakit və Polşada Azərbaycan diasporunun fəalı Namiq Səfərov XIX əsr Azərbaycan şairəsi, Qarabağın sonuncu xanı Mehdiqulu xan Cavanşirin qızı, Xurşidbanu Natəvana Belçika Krallığının Vaterlo şəhərinin mərkəzi parkında qoyulmuş abidəsinə qarşı törədilən məlum vandalizm hadisəsindən sonra (Ətraflı: