16 March 2020

Avropada "Azərbaycanın Dostları" Cəmiyyətinin bəyanatı

Türkiyə Cumhuriyyətində yaşayan, əslən azərbaycanlı iş adamı, “Palmali” şirkətlər qrupunun rəhbəri Mübariz Qurbanoğlu (Mənsimov) FETO istintaqı çərçivəsində saxlanılmışdır.

Avropada "Azərbaycanın Dostları" Cəmiyyəti Mübariz Mənsimovun göz altına alınmasından son dərəcə narahatlığını ifadə edir.

Avropada "Azərbaycanın Dostları" Cəmiyyəti qardaş Türkiyə Cumhuriyyətinin hüquq-məhkəmə, polis və prokurorluq orqanlarının istintaq prosesində işi incəliklə araşdırıldıqdan sonra Mübariz Mənsmiovun tezliklə azad olunacağına ümidvar olduğunu bəyan edir.