15 March 2020

ABŞ-da Azərbaycan sevdası ilə yaşayan yəhudi şair vəfat edib

Köhnə kişilərə xas olan əzəməti, onda da gördüm. O qədər mehriban, istiqanlı idi ki, bircə dəfə də olsun sözünü kəsməyə qüdrətim çatmadı. Ağsaqqal düşüncəsi, ağayanə kəlmələri ilə məni məftun etmişdi. Səsinin ahəngi sanki bir həzin musiqi kimi ruhumu sehirləmişdi. Bütün gəncliyini dağ kəndlərində keçirdiyindən dağ saflığı hələ də onu tərk etməmişdi. O qədər doğma görünürdü ki, elə bil onu çoxdan, lap çoxdan tanıyırdım…