07 March 2020

Rusiya yenə Yekaterinanı köməyə «çağırdı»…

Ərdoğan Putinin Yekaterinalı otağındakı qəbuluna gərək Baltaçı Mehmed Paşa portretiylə gələydi.

Bizim saytlarda da manşet xəbərə çevrilən bu qəbul otağı olayına cavab elə Baltaçı Mehmed Paşanın portreti yetərindən artıq bir cavab olardı.

Niyə, məhz Baltaçı Mehmed Paşa?

Osmanlıda 1710-cu ilində bir əfsanənin qəhramanı olacaq Baltaçı Mehmed Paşa sədrəzəm təyin edildi. Artıq Rusya ilə savaş qaçınılmazdı. Fərman verildi, sədrəzəm ilə ordu çıxardıldı. Osmanlı-Rus gerginliyi savaş meydanında nöqtələnəcəkdi.