05 March 2020

Koronavirusla mübarizədə 12 milyard dollarlıq yardım ayrıldı

Dünya Bankı Covid-19 xəstəliyinə qarşı mübarizədə inkişaf etməkdə olan ölkələrə 12 milyard dollarlıq yardım ayırıb.

Bu barədə Dünya Bankının prezidenti David Malpass açıqlama yayıb.

“Çalışırıq ki, xəstəliyin yayılmasının qarşısını alaq”, - deyə o, qeyd edib. Qeyd edək ki, yardım paketinə aşağı faizli kreditlər, qrantlar və texniki dəstək daxildir.