18 February 2020

İngilis tarixçi erməni yalanlarını ifşa etdi — VİDEO

«Ermənistan həmişə dünyanı qondarma soyqırım kimi saxta tarixə inandırmağa çalışıb və başqa xalqların torpaqlarında məskunlaşıb».

Bu dəfə Britaniyalı professor və eyni zamanda Oksford Universitetinin keçmiş professoru Norman Stone XX əsrin əvvəllərindən bu günə qədər erməni təcavüzü və işğalçı siyasəti barədə həqiqətləri açıb. Onun sözlərinə görə, baş verən fəlakətdə ermənilər məsuliyyət daşıyırlar.

Qafqaz Bürosu Dağlıq Qarabağı Ermənistana bir günlük necə vermişdi? - Nikol Paşinyan üçün tarixi arayış

Fevralın 15-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr keçirildi. Müzakirələr Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə baş tutdu. Tərəflər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öz mövqelərini əsaslandırmağa çalışarkən daha çox tarixi faktlara, o cümlədən Rusiya Kommunist Partiyası Mərkəzi Komitəsinin Qafqaz Bürosunun 1921-ci il iyul Plenumunun qərarlarına müraciət etməyə üstünlük verdilər.