17 February 2020

Prezidentin çıxışından sətir başlıqları

Prezidentin çıxışından sətir başlıqlarını təqdim edirik:

— Dağlıq Qarabağ Azərbaycanın bir hissəsidir və ərazi bütövlüyümüz bütün beynəlxalq ictimaiyyət tərəfindən tanınır.

— Bolşevik partiyasının Qafqaz Bürosu 1921-ci ildə Qarabağın Azərbaycanın tərkibində qalması barədə qərar qəbul edib.

— Ermənistan Azərbaycanın 20 faiz ərazisini işğal edib və işğal olunmuş torpaqlarda azərbaycanlı mülki şəxslərə qarşı, o cümlədən Xocalıda etnik təmizləmə həyata keçirilib.

Tanınmış azərbaycanlı vəkil vəfat edib

Moskvada Azərbaycan Diasporunun rəhbərlərindeən biri, cəfakeş Soydaş, millətimizin düşmənlərinin yuxusuna daima haram qatan, gənclərimizin mənəvi hamisi, uzun illər Rusiyada güc strukturlarında yüksək vəzifələr tutmuş, son illər isə vəkil kimi çalışan qeyrətli millət oğlu, əziz dostum və qardaşım NİZAMİ BƏŞİROV vaxtsız vəfat etmişdir.

Cəmiyyətimiz adından və "Xudafərin" jurnalının kollektici adından Nizami Bəşirovun vaxtsız vəfatından kədərləndiyimizi bildirir, onun yaxınlarına dərin hüznlə başsağlığı diləyirik.