10 February 2020

Laçın sevdası ilə ABŞ-da yaşayan azərbaycanlı

Xeyli vaxtdır ki, ABŞ-ın Miçiqan ştatının East Lansing şəhərində yaşayır. Əslən Laçın rayonunun Turşsu kəndindəndir. Orada doğulub, boya-başa çatıb. Laçının müdafiəsində döyüşlərdə iştirak edib. Uzun illər keçsə də hələ də Laçını unuda bilmir. Yurd həsrəti bitib tükənmir ki, tükənmir. Gözünün ağı-qarası, yeganə övladı Nihada da Laçın sevgisini, azərbaycançılığı aşılayıb...