09 February 2020

O, mənim yazılarımı paylaşırdı, mən onun ölümünü paylaşdım...

Onun haqqında bəlkə ən son yazacaq adam mənəm. Amma ailəsi xaric, ölüm sorağını eşidib bəlkə ilk hönkürən və saatlarla ovunmayan da mənəm. Qohumum, dostum deyil. Heç üzünü də görməmişəm. Bəs onda hardandır bu sarsıntı, yanğı? Xəbər atamın ölüm gününə düşdüyünə görəmi? Onsuz da kövrək vaxtımda məhz atamın böyük sevgi və hörmət bəslədiyi adamın ölüm xəbərini almağın şokundanmı?