17 January 2020

1000 il İranı idarə edən Türklərin, Qacarları

Min il İranı idarə edən türklərin “Qacar”ları Hun tayfa birliyi içərisində mühüm yer tutan Türk tayfalarından biri də Bizans və Sasani mənbələrində “akatsir”, “ağaçəri” adlandırılan qacarlar olmuşdur. Bu tayfanın adı ilk dəfə e.əvv.650-ci ildə “ağatsirs” şəklində işlənmişdir. “Qacar” sözü qədim türk dilində “əyilməz”, “inadkar”, “yenilməz” mənalarını verir. Bəzi Avropa tarixçiləri isə onları “ağ xəzərlər” hesab edirlər. Rus tarixçilərinin fikrincə onlar “ağac ərləri”,yəni “meşə adamları” adlanmışlar.