01 January 2020

Odessadakı soydaşlarımızdan dünya azərbaycanlılarına mesaj: “Biz birlikdə güclüyük”

Odessa vilayətindəki Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin nümayəndələri Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə azərbaycanlı ailələr üçün bayram şənliyi təşkil edib. Tədbirdə Əhməd Cavad adına Azərbaycan məktəbinin müəllimləri və şagirdləri iştirak etdilər.  Azərbaycan şairlərinin şeirlərini səsləndirən şagirdlər, Azərbaycan xalq mahnılarını oxuyub, milli rəqslər ifa ediblər. Əsl Azərbaycan ruhunun yaşandığı tədbir bir-birindən maraqlı ifa və səhnələrlə davam edib.