14 November 2019

Avropa Azərbaycanlıları Konqresi qitədəki azərbaycanlıların birlik modelidir - MÜSAHİBƏ

Azərbaycan gerçəklərini, ağrılarını, mədəniyyətini, bütövlükdə Azərbaycan adlı məmləkəti qürbət ellərdə tanıtmaq hər bir azərbaycanlının borcudur. Bu gün bütün dünyanı, eləcə də Avropanı öz yalanlarına inandırmağa çalışan və çox zaman buna nail olan erməni lobbisi ilə mübarizə aparmaq xaricdə yaşayan soydaşlarımızın əsas vəzifəsi olmalıdır.

Publika.az 15 ildir ki, ölkəmizin maraqlarını qoruyan Avropa Azərbaycanlıları Konqresinin prezidenti Sahil Qasımovla bu və digər məsələlər barədə həmsöhbət olub.