12 November 2019

Bayraq mənim andım, mənim qürurum və iftixarımdır!

NəsimiQarabağlı - Dünya Azərbaycanlılarının Vətənpərvərləri İctimai Birliyinin (DAVİB) prezidenti:

Bu gün hamımızın tanıdığı üçrəngli bayrağın AzərbaycanXalqCümhuriyyətinin ilk milli bayrağı olmadığını bəlkəmdə bir çoxlarımız bilmirik. 

Əslində, 1918-ci il mayın 28-də AzərbaycanınMilliŞurası Tiflisdə Azərbaycanın İstiqlal Bəyannaməsini qəbul edərək onun müstəqilliyini bütün dünyaya bəyan etdiyi vaxt Cümhuriyyətin ilk bayrağı üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan qırmızı rəngli bayraq olub.