10 November 2019

Atatürkün ilk dəfə yayımlanan FOTOLARI

Türkiyə Cümhuriyyətinin Müdafiə Nazirliyi Mustafa Kamal Atatürkün bu günə kimi heç yerdə dərc olunmayan fotolarını yayıb.

Xudaferin.eu Anadolu agentliyinə istinadən xəbər verir ki, Atatürkün əbədiyyətə qovuşduqdan sonra tərtib edilən anma törənləri əsnasında çəkilən özəl fotoların yer aldığı albom ilk dəfədir ki, mediada yayımlanır.

Türkiyə Müdafiə Nazirliyi Hərbi və Strateji Etüd Başqanlığı arxivlərindəki fotolar arasında öndərin vəfatından öncə və əbədiyyətə qovuşduqdan sonra tərtib edilən mərasimlərdə çəkilən görüntülər də yer alıb.