14 September 2019

Təmizliyin İsveçrə modeli

Bu yaxınlarda Bakı şəhər İcra Hakimiyyətinin başçısı hörmətli Eldar Əzizovla görüşmək istədim. İcra hakimiyyətinin saytına daxil olub başçının qəbul günlərini öyrəndim və bu məsələləri kurasiya edən şəxslə danışdım. Səlahiyyətli şəxs görüşün məqsədi ilə maraqlandı, şəxsi məsələ olmadığını, paytaxtda hər kəsi maraqlandıran bir məsələ ilə bağlı görüşmək istədiyimi söylədim. Belə olduqda müəllim mənim öncə hansısa şöbə müdiri ilə  görüşməli olduğumu, sonra ehtiyac olarsa cənab Əzizovla görüşə biləcəyimi söylədi.