İstanbulda yaşayan azərbaycanlı rejissor
Dünya yaşamağa məhkum olanların müvəqqəti qərar tutduğu bir məkandır. Hər kəs var olduğunu sübut etməyə səy göstərir. Necə deyərlər, hamının başı xoş güzəran sürmək üçün mücadiləyə qarışıb. Yalnız haradan gəlib, harada olduğunu, haraya gedəcəyini bilənlər bu məkanda xoş güzərandan daha çox axirətə əliboş getməməyə çalışır...