01 September 2019

Qədim soylu Mehmandarovlar

Nəslin ulu babası mehmandar Mirzə Əli bəy

Mehmandarov soyadının yaranması barədə müxtəlif fərziyyələr mövcuddur. Onlardan biri ondan ibarətdir ki, Qarabağ xanlığının idarəetmə aparatında olan bir çox hərbi və mülkü vəzifələrdən biri də mehmandar vəzifəsi idi. Onun vəzifəsi xanlığa gələn fəxri qonaqları qarşılayaraq yerinə gətirmək idi. Qarabağ xanı İbrahimxəlil xan Cavanşirin (1762-1806) ağalığı dövründə mehmandar vəzifəsini daşıyan Mirzə Əli bəyin törəmələri sonralar Mehmandarov soyadını qəbul etmişlər.