13 August 2019

Ermənilər Qarabağ meşələrini kütləvi qırır - FOTOFAKT

Ermənilər Qarabağı talamaqda davam edir.

Xudaferin.eu Ermənistan KİV-nə istinadən xəbər verir ki, “Azərkosmos”un işğal altındakı torpaqlarda təbii sərvətləri taladığını sübuta yetirən peyk görüntülərinin ardınca, ermənilər özləri də bu faktları təsdiqləyiblər.

Erməni blogerlərdən biri Qarabağı Ermənistana birləşdirən Vardenis-Ağdərə yolunda odun daşıyan yük maşınını görüntüləyib. Bloger Qarabağda ağacların kütləvi şəkildə qırıldığını bəyan edib.

Ermənistan atəşkəsi 22 dəfə pozdu

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Xudaferin.eu-ya verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan kəndində və adsız yüksəkliklərdə, İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım, Bala Cəfərli kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.