09 August 2019

“Ordumuz yeni bir aprel döyüşünə başlayacaq!” - Müharibə arzulu Qarabağ gəncləri

Hər bir müharibənin qələbəyə gedən yolunda mütləq bir dönüş nöqtəsi olur. Yəqin ki, çoxunuz İkinci Dünya Müharibəsində  Kursk uğrunda döyüşləri xatırlayırsınız. Bu, almanların Şərq Cəbhəsində reallaşdırdığı son strateji hücum idi. Məhz bu döyüşdə almanlar qələbə təşəbbüsünü Sovetlərə verdi  və müharibənin sonuna qədər də yenidən üstünlüyə nail ola bilmədilər.