Səmasında üç “günəş” görünən planet tapıldı
NASA astronomları üzərində üç “günəş” görünən planet aşkar ediblər.
Xudaferin.eu Rusiya mətbuatına istinadən bildirir ki, planetə şərti olaraq LTT 1445Ab adı verilib.
Planetin yerləşdiyi sistem Yerdən 22,5 işıq ili məsafəsindədir.
“Bu “günəş”lərdən ikisi çox uzaq məsafədə yerləşir və səmadan baxan iki qorxunc qırmızı gözə bənzəyir”, - ABŞ-ın Harvard-Smitson astrofizika mərkəzinin astronomu Cennifer Vinters bildirib.