20 July 2019

Türkiyədə özəl studiyası olan azərbaycanlı xanım

Deyir ki,- “Qazandığım uğurlara görə göydə Allaha, yerdə valideynlərimə, bir də həyat yoldaşıma borcluyam”...

Atası Oqtay Kərimov psixologiya elmləri namizədidir. Bakı Dövlət Universitetində kafedra müdiri işləyib. Hazırda təqaüddədir. Anası Tahirə xanım isə uzun illər indiki Bakı Musiqi Akademiyasında çalışıb, sənətşünaslıq elmləri namizədidir. Ömür-gün yoldaşı Ertan Sarı ixtisasca kimyaçıdır. Ankarada Enerji Bakanlığında işləyir. İki övladı vardır. Oğlu Alim 15, qızı Ülviyyə Könül isə 11 yaşındadırlar...

Kosovanın baş naziri istefa verdi

Kosova Baş naziri Ramuş Haradinaj vəzifəsindən istefa verib.

Baş nazir Hollandiyanın Haaqa şəhərindəki Kosovanın xüsusi prokurorluğu tərəfindən şübhəli qismində çağırıldığı üçün vəzifədən istefa verdiyini bəyan edib.

“Hökumətin baş naziri olaraq istefa verdim. Bu andan etibarən hökumət olaraq da istefa verdik. Bunun səbəbi də xüsusi prokurorluq tərəfindən şübhəli qismində dindirilməyə çağırılmağımızdır”, – o söyləyib.

Bu qan qruplu insanlar xərçəngdən sığortalanıb

İsveç alimləri xərçənglə ən az üzləşən qan qrupunu təyin ediblər.

Aparılan tibbi araşdırmalar göstərib ki, I qan qrupu olanlar arasında xərçəng xəstəliklərinə digər qruplarla müqayisədə olduqca az təsadüf edilir.

Xudaferin.eu "ScienceNordic" nəşrinə istinadən bildirir ki, Karolina İnstitutu (İsveç) alimləri 35 il ərzində 1 milyondan çox insana nəzarət etdikdən sonra bu nəticələrə gəliblər.