12 July 2019

Əliağa Vahidin haqqında şeir yazdığı dostu

Bu dünyada elə işıqlı insanlar olub ki, onları unutmaq qəbahətdir. Heç olmasa on ildən bir, yubiley tarixlərində onları anmaq, gənc nəsillərə nümunə göstərmək lazımdır. Belə insanlardan biri də 1925-ci ildə Təbrizdə anadan olmuş, 1941-1946-cı illərdə Cənubi Azərbaycanda baş verən hadisələrin fəal iştirakçısı, rəhmətlik Qafar Kəndli idi. O, Seyid Cəfər Pişəvərinin silahdaşlarından biri olub. Sonradan Sovet Azərbaycanına pənah gətirərək elmin zirvəsinə doğru inamla addımlayıb. Filologiya elmlər doktoru alimlik dərəcəsinədək yüksəlib.