11 July 2019

O, xalqımızın qənimət övladlarından biridir...

Tarixçi alimlər iki çür olurlar - hadisələrə öz mülahizə və düşüncələrini qatıb, qələmə alanlar və hadisələri olduğu kimi təqdim edənlər. Birincilərin kitablarını oxuyarkən biz tarixi hadisələrə onların düşüncəsindən boylanırıq. İkincilərin vasitəsi ilə isə heç bir rəng qatılmadan, hadisələrlə olduğu kimi, yəni çılpaqlığı ilə tanış oluruq və olaylara dəyər vermək oxucunun öz səviyyəsindən asılı olur. Nəsiman Yaqublu tarixi hadisələri olduğu kimi oxucuya çatdırmağa çalışan alimlərimizdəndir...

Miço Kapoya oxşamaq istəyən Türkiyədə yaşayan azərbaycanlı

Böyüyəndə görkəmli fizik, yapon əsilli amerikalı Miço Kapoya oxşamaq istəyirdi. Böyüdü, fizik olmasa da riyaziyyatçı oldu. Və bu sahədə elmi araşdırmalar apararaq alimlik dərəcəsinə də yiyələndi. Amma günlərin birində nədənsə köhnə istəyindən vaz keçib, jurnalist fəaliyyətinə başladı. İlk vaxtlar yazıları Türkiyənin “Milliyət”, “Zaman” qəzetlərində çap olundu.

ELAN: Almaniyada Qarabağ mitinqi keçiriləcək

Avropada yaşayan bir qrup soydaşlarımızın təşkilatçılığı ilə birləşmiş Millətlər Təşkilatının Almaniyanın Bonn şəhərində yerləşən nümayəndəliyi qarşısında yerli hakimiyyət orqanları ilə razılaşadırılmış etiraz aksiyasının, Qarabağ mitinqinin keçirilməsi nəzərdə tutulur.

Aksiya Ağdamın işğalının növbəti ildönümü ilə bağlı iyulun 20-də, yerli vaxtla saat 13.00 -dan 15.00-dək keçiriləcək.