10 July 2019

İzi qalan xanım…

Bu gün şərait o qədər yaxşılaşıb ki, biz ölkənin bu başından o başına avtomobillə bir günə, təyyarə ilə bir-iki saata gedə bilərik. Ağlımıza da gəlmir ki, bu nəqliyyat vasitələrini bizim üçün icad edən, onların hərəkətə gəlməsindən ötrü yanacağı düşünüb ərsəyə gətirən əbədi rəhmət qazanan insanlar olub.

Elman Eldaroğlu: "Amerikalıda mənəviyyat zəif, təfəkkür güclüdür"

Elman Eldaroğlu imzası hər kəsə tanışdır. Əslən Yardımlıdan olsa da Sumqayıt şəhərində doğulub, boya başa çatıb, “Yardımlı Xeyriyyə Cəmiyyəti”nin sədri olmaqla yanaşı jurnalist fəaliyyəti ilə də məşğul olub. Elə indi də bu görəvləri davam etdirir. Baxmayaraq ki, uzaqda yaşayır. Hər gün bizləri okeanın o tərəfindəki xəbərlərlə məlumatlandırır, Amerikada yaşayan azərbaycanlıların uğurlarından bəhs edir, bizi bizlərlə tanış edir. Müstəqil.Az Miçiqanda yaşayan soydaşımızın müəllifi olduğu yazıları hər gün yayınlayır.

Arif Məmmədli - 60

Öz səmimiyyəti, duyğusallığı, ciddiliyi və məsuliyyəti ilə seçilən kollektivimizin dəyərli üzvü, Arif Məmmədlinin doğum günüdür. 60 ildir ki, öz ömür karvanına saribanlıq edən, humanistliyi ilə ətrafdakılar üçün örnəyə çevrilən gözəl dostumuz və qardaşımız Arif müəlim nə xoş hal ki 60 illik yubileyini bizlərin əhatəsində keçirdi.