Hər kəs öz taleyini yaşayır...
İnsanlar oxşar həyat tərzi keçirsələr də, barmaq izləri təki bir-birini təkrarlamırlar. Necə deyərlər, bu dünyada kimsə kimsəni əvəz edə bilmir. Hər kəs bir fərd olaraq fərqli ömür yaşayıb, öz təyinatını icra edir. Onun da öz təyinatı vardır, varlığına biçilən taleyi yaşayır…