02 July 2019

“Mən hər iki ölkənin vaxtı ilə işləyirəm” - Amerikada yaşayan Elman Eldaroğlu - MÜSAHİBƏ

“Bura köçəndə soyuqqanlı cəmiyyətə uyğunlaşa bilmirdim”
 

Son vaxtlar Modern.az saytı da daxil olmaqla bir sıra internet portalları onun okeanın o tayından hazırlayıb göndərdiyi yazıları məmuniyyətlə oxuculara təqdim edir. Həmin yazılarda vətəndən çox uzaqlarda - Amerika Birləşmiş Ştatlarında yaşayıb-yaradan, müxtəlif sahələrdə çalışan azərbaycanlıların kimliyindən bəhs olunur. Müsahibimiz Amerikadakı soydaşlarımızı bizə tanıdan Elman Eldaroğludur.

Azərbaycan polisinin amerikalı həmkarları

Bu gün Azərbaycanda polislərin peşə bayramıdır. Yəqin ki, bu bayram günündə Azərbaycan polisinin ABŞ-dakı həmkarları haqqında məlumat vermək yerinə düşər. Əvvəla onu deyim ki, ABŞ-da digər ölkələrdən fərqli olaraq vahid polis sistemi yoxdur. "ABŞ Polisi" termini qeyri-rəsmi olaraq istifadə olunur. Amma burada hər bir ştatın, eləcə də hər bir böyük şəhərin, hətta kiçik qəsəbənin də öz müstəqil polis şöbəsi vardır. Bəzən polis bölmələri böyük müəssisələrdə, məsələn universitetlərdə də mövcud ola bilər…