15 May 2019

İran nüvə sazişi üzrə razılaşmaların icrasını dayandırıb

İran nüvə sazişi ilə bağlı bir sıra razılaşmaların icrasını dayandırıb.

Xudaferin.eu xarici KİV-ə istinadən xəbər verir ki, söhbət İranın nüvə proqramı barədə Avropa Birliyi ilə əldə olunmuş sazişin müəyyən bəndlərindən gedir.

Rəsmi Tehran bunu ABŞ-ın sanksiyalarına cavab adlandırıb.

 

xudaferin.eu

Bəşər Əsəddən ermənilərə dəstək

Suriya Prezidenti Bəşər Əsəd bu ölkədə yaşayan erməni icmasının katolikosu I Aramla görüşüb.

Görüşdə Əsəd Suriyanı tərk edən erməniləri öz vətənlərinə geri qayıtmağa çağırıb.

Görüş Bəşər Əsədin evində baş tutub. Tədbirdə Livan və Suriya ermənilərinin təmsilçiləri, Livanın erməni əsilli turizm naziri Avetis Kitanyan, Suriya parlamentinin deputatları Nora Arsiyan və Jirayr Risyan qatılıb.

Azəbaycan və Ermənistan liderlərinin növbəti görüşü bu şəhərdə keçiriləcək

Ermənistanın xarici işlər naziri Zoqrab Mnatsakanyan Nikol Paşinyanla İlham Əliyevin növbətinin görüşünün yeri barədə məlumat verib.

Xudaferi.eu Ermənistan KİV-nə istinadən xəbər verir ki, o, Brüsseldə keçirdiyi brifinq zamanı liderlərin növbəti görüşünün Vaşinqtonda keçiriləcəyinin anonsunu verib:

“Görüş Vaşinqtonda keçiriləcək, amma qəbul edən tərəfin açıqlaması olmadan hər hansı əlavə məlumat vermək doğru olmazdı”.

Z.Mnatsakanyan Azərbaycan və Ermənistan tərəfinin danışıqların növbətui raundu öncəsi öz mövqelərində dəqiqləşdirmə apardıqlarını da əlavə edib.

Minnesotada yaşayan Nərmin xanım Ağalarova

Deyir ki,- “Azərbaycan unikal ölkədir. İnsanları sadə, qohumcanlı, ünsiyyətcil, eyni zamanda çox mehribandırlar. Əgər təhsilini artırmaq, bilik və bacarıqlarını təkmilləşdirmək məqsədin yoxdursa xaricdə yaşamağa can atmağın mənasızdır. Çünki yaşlandıqca vətəni niyə tərk etdiyin üçün özünə hesabat verməli olursan. Bunun üçün dolanışıq, güzəran bəhanə ola bilməz. Axı ruzini verən Allahdır. Necə deyərlər, harada olsan da qismətində olan ruzi səni gəlib tapacaq”…