09 May 2019

Ermənilər 27 dəfə atəşkəsi pozublar

Müdafiə Nazirliyinin mətbuat xidmətindən xudaferin.eu-ya verilən məlumata görə, Ermənistanın İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində, Berd rayonunun Ayqepar, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Hacallı, Ağbulaq kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

II Dünya savaşının unudulmaz qəhrəmanı - "Medo" ləqəbli azərbaycanlı Məmməd

Niderlandın "Medo" ləqəbli əfsanəvi qəhrəmanı - azərbaycanlı Məmməd Məmmədov haqqında ağızdolusu danışan Avropada "Azərbaycanın Dostları" Cəmiyyətinin sədri Elman Mustafazadə, Hollandiyanın Şimali Brabant bölgəsinin incisi hesab olunan Osterveyk şəhərindəki kilsə qəbiristanlığında torpağa verildiyini bildirdi. Onun şərəfinə bu şəhərdə abidə tikilmiş, şəhər küçələrindən birinə Məmməd Məmmədovun adı verilmişdir. Yaşadığı illərdə soydaşımız, Niderlandın fəxri vətəndaşı adına layiq görülmüş və 1996-cı ildə Oranskix-Nassau kral ailəsinin ən yüksək ordeninə layiq görülmüşdür.