07 May 2019

“ASAN Xidmət”ə yeni səlahiyyətlər verilib

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə yeni səlahiyyət verilib.

Xudaferin.eu-nun məlumatına görə, bu, bu gün Prezidentin fərmanı ilə ““Güzəştli mənzil” sistemi haqqında Əsasnamə””yə edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə görə, Əsasnamənin 6.2-ci bənddə “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi” sözləri “Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi” sözləri ilə əvəz edilir.